Hövsanda binanın eyvanı uçdu: qadın xəsarət aldı

  • Müəllif: Ayshan
  • 24 Noyabr 2025 09:51

Bakıda binanın eyvanı uçub.

Gununsesi.info xəbər verir ki, 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yaşadığı Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsi ev 13 “A” mənzil 6-nın (2-ci mərtəbə) eyvanın uçması nəticəsində yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş X.İbrahimovanın vəziyyəti qənaətbəxşdir.

Gununsesi.info