MDB liderlərinin qeyri-rəsmi sammitinin tarixi açıqlandı

  • Müəllif: Ayshan
  • 24 Noyabr 2025 21:05

“MDB-nin Yeni il öncəsi ənənəvi qeyri-rəsmi sammiti bu il dekabrın 21-22-də Sankt-Peterburqda keçiriləcək”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, bu qeyri-rəsmi görüşdən əlavə, Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək.

Uşakov vurğulayıb ki, iclas əvvəlcədən planlaşdırılıb.

Gununsesi.info