İran Prezidentinin oğlu hökuməti tənqid edib

  • Müəllif: Ayshan
  • 27 Noyabr 2025 09:25

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətləri sərt tənqid edib.

Gununsesi.info bildirir ki, Yusif “X” hesabındakı paylaşımında bunu hakimiyyətin xalqa inamsızlığının əlaməti olduğunu bildirib:

“Güvən ikitərəflidir. Hakimiyyət özü xalqa etimad göstərməyib, ondan etimad gözləyə bilməz. Sosial şəbəkələrə məhdudiyyətlərin tətbiqi hakimiyyətin xalqa inamsızlığının göstəricisidir”.

Gununsesi.info