Yolayrıcında stop-xətt yoxdursa, sürücü nə etməlidir? - Video

  • Müəllif: Firuzə
  • 27 Noyabr 2025 10:14

İşıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini 1.12 – stop-xətt qarşısında dayandırmalıdır.

Gununsesi.info  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib.

“Əgər bu xətt yoxdursa, sürücü nəqliyyat vasitəsini piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında, bununla yanaşı piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayandırmalıdır”, – deyə qurumdan qeyd edilib.

 

Gununsesi.info