İş üçün ölkədən gedənlərin sayı artıb

  • Müəllif: Ayshan
  • 28 Noyabr 2025 10:12

Azərbaycanda son üç il ərzində daimi yaşamaq üçün ölkədən gedənlərin sayı 2 dəfədən çox  artıb.

Gununsesi.info bildirir ki, bu  barədə Dövlət Statistika Komitəsinin miqrasiya ilə bağlı məlumatlarında qeyd olunub.

Rəsmi məlumatlara görə, 2022-ci ildə ölkədən daimi olaraq gedınlərin sayı 1100 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 2300 qeydə alınıb.

Azərbaycanlı sosial media istifadəçiləri insanların digər ölkələrə getməsinin ölkədə işsizliklə əlaqələndirirlər.

Onlar arasında maaşların aşağı olmasını səbəb kimi göstərənlər də var.

Gununsesi.info