Yanğında 3 nəfərin öldüyü bina təmir olunur

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 14:10

Yasamalda faciə ilə nəticələnən yanğının baş verdiyi binada təmir işlərinə başlanıldı.

Gununsesi.info xəbər verir ki, bu barədə binanın sakini, jurnalist Heydər Mirzə paylaşım edib.

Xatırladaq ki, noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həlak olub.

 

Gununsesi.info