Azərbaycanın sabiq naziri vəfat etdi

  • By Ayshan
  • 02 Dekabr 2025 08:39

Azərbaycanın 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib.

Gununsesi.info -nun məlumatına görə, o, 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Zakir Hilal oğlu Abdullayev vaxtilə Ali Sovetin deputatı da olub. 1991-ci ildə Ayaz Mütəllibov tərəfindən nazir vəzifəsinə təyin edilən Z.Abdullayev bir il sonra Əbülfəz Elçibəy tərəfindən işdən azad edilmişdi.

Gununsesi.info