Biz Türkiyə ilə birgə Ukraynada müharibənin danışıqlar yolu ilə dayandırılmasına çağırır və enerji təchizat marşrutlarına hücumları qınayırıq.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto X hesabında yazıb.
Siyarto həmçinin qeyd edib ki, Türkiyə Macarıstan üçün etibarlı tranzit tərəfdaşıdır:
“Bu il “Türk axını” qaz kəməri ilə Macarıstana təxminən 8 milyard kubmetr qaz nəql ediləcək”.












