Müəllimlər üçün nəhayət, xoş bir xəbər

  • Müəllif: Firuzə
  • 10 Dekabr 2025 12:56

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.

Layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində veriləcək.

Gununsesi.info