Rəşad Nəbiyev Devid Vanq ilə görüşüb — FOTOLAR

  • Müəllif: Firuzə
  • 12 Dekabr 2025 17:50

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb. 

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub.

Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev Devid Vanq ilə görüşüb - FOTO

Rəşad Nəbiyev Devid Vanq ilə görüşüb - FOTO

Gununsesi.info