14 yaşlı qızın toyunun qarşısı alındı – Valideynlərdən biri həbs edildi

  • Müəllif: Ayshan
  • 16 Dekabr 2025 08:41

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib

Gununsesi.info