Rusiya dronu Türkiyəyə düşdü

  • Müəllif: Ayshan
  • 19 Dekabr 2025 20:17

Türkiyənin Kocaeli vilayətinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.

Gununsesi.info xəbər verir ki, rəsmi qurumlar hadisə ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.

“Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir”, – açıqlamada deyə qeyd olunub.

Gununsesi.info