İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi - FOTO

  • Müəllif: Firuzə
  • 20 Dekabr 2025 14:51

İran əsilli amerikalı Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Bildirilib ki, iranlı mühacirlərin qızı Namdar dekabrın əvvəllərinə qədər Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunda yüksəkvəzifəli məmur vəzifəsində çalışıb.

Bundan başqa, o, ABŞ lideri Donald Trampın ilk prezidentlik müddəti ərzində konsulluq məsələləri üzrə köməkçi katib vəzifəsini də icra edib.

İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi

Gununsesi.info