Tehranda hökumətə qarşı etiraz aksiyaları keçirilir

  • Müəllif: Firuzə
  • 30 Dekabr 2025 12:41

Daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq yolu ilə onların qanuni tələblərini dinləmək barədə tapşırıq vermişəm.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün X səhifəsində yazıb.

“Pul və bank sistemində islahatlar aparmaq və insanların alıcılıq qabiliyyətini qorumaq üçün fundamental tədbirlərimiz var”, – o əlavə edib.

Qeyd edək ki, bir bir neçə gündür Tehranda hökumətin iqtisadi siyasətlərinə qarşı etiraz aksiyaları keçirilir.

Gununsesi.info