Azərbaycanın dövlət borcu açıqlandı

  • Müəllif: Orxan
  • 05 Yanvar 2026 14:12

2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5%-ni təşkil edib.

Maliyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub. Ötən ilin əvvəli ilə müqayisədə xarici borc 309 milyon ABŞ dolları və yaxud 6% azalıb.

Gununsesi.info