Yaponiyada güclü zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 11 Yanvar 2026 10:16

Yaponiyanın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Gununsesi.info