Gəncədə piyadanı maşın vurub.
Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Y.Verdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.












