Paytaxtın məşhur restoranında bədbəxt hadisə - YARALILAR VAR

  • Müəllif: Firuzə
  • 12 Yanvar 2026 11:06

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən Bonte restoranında tavan uçub.

Gununsesi.info-nun xəbərinə görə, restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaş xəstəxanaya çatdırıb.

Bildirilir ki, yaralı əməkdaşlara gecəylə tibbi müdaxilə edilib, onların başına tikiş qoyulub. Faktla bağlı polisdə araşdırma başlanılıb.

Olayla bağlı restoranının sahibi ilə  əlaqə saxlaya bilməsək də, Sani Quliyev adlı administrator faktı təsdiq edib.
Bununla belə o deyib ki, polis araşdırmaya başlayıb, yaralı şəxs bir nəfər olub və xəstəxanaya çatdırılıb.

Elmar
Gununsesi.info