Alternativ fikri qəbul edə bilməyənlər

  • Müəllif: Orxan
  • 12 Yanvar 2026 12:20

Alternativ fikri qəbul edə bilməmək çox adamın fikridir.

Adətən, kimsə fərqli fikir deyəndə müxtəlif arqumentlər gətirənlər olur.

Məsələn, bir tanınmış yazıçı-şairi tənqid edən zaman deyirlər ki,”sən hələ onun etdiyinin yarısını et, onun yazdığının yarısını yaz”.

Bəs bu fikirlər niyə yanlışdır?

Əvvəla, bir adam bir adamı bəyənmirsə, niyə onun kimi yazmalıdır? Axı bu bəyənmədiyini deyir.

Digər tərəfdən, bir yazıçını, şairi tənqid etmək üçün insanın özünün də yazmağına ehtiyac yoxdur.

Belədirsə, o zaman ədəbiyyatşünaslar, tənqidçilər nəyə lazımdır?

Məgər onlar kimisə tənqid etmək üçün mütləq özləri daha yaxşı nəsə yazmalıdır?

Başqa cür, məsələn, bir restoranda yediyimiz yeməyi bəyənmiriksə, ən azı aşpazın etdiyini etməliyilik? Bəlkə, yeməyi bəyənməmək üçün heç olmasa, yaxşı tərəvəz doğramaq lazımdır?

Yaxud bir futbolçunu bəyənməmək üçün ən azı qapçımı olmalıyıq?

Onlarla belə arqument gətirmək olar.

Fəqət falt odur ki, deyilən ,”sən hələ onun etdiyinin yarısını et, onun yazdığının yarısını yaz” kimi arqumentlər əsassız, qapalı düşüncənin təzahürüdür.

Bu cür təfəkkür insanı da, görülən işi də inkişafdan saxlayır, bir çox həqiqətlərin üzə çıxmasının qarşısını alır.

Maqsud

Gununsesi.info