Qızıl sürətlə bahalaşır

  • Müəllif: Firuzə
  • 14 Yanvar 2026 19:21

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 4650 dolları keçib.

Gununsesi.info-nun məlumatına görə, bu, ticarət platformasının məlumatlarında əksini tapırr.

14 yanvarda Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qızılın qiyməti trua unsiyası günün ikinci yarısında bir qədər də artaraq 4650.1 dollar olub (1.11% artım).

Bakı vaxtı ilə saat 17:04-ə qızılın qiyməti artımını azalıb və trua unsiyası üçün 4641,3 dollara düşüb (0.92% artım).

Gununsesi.info