Zərdabda avtomat və qumbara aşkar olunub

  • Müəllif: Firuzə
  • 22 Yanvar 2026 19:25

Zərdab rayonunda avtomat və qumbara aşkarlanıb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Gəlmə kəndi ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 1 ədəd “AK-74” markalı avtomat silah və 30 ədəd patron, eləcə də 1 ədəd işıq-səs qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info