Velosiped sürərkən yıxılan kişi ÖLDÜ

  • Müəllif: Firuzə
  • 09 Fevral 2026 11:03

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info“Qafqazinfo”ya istinadla xəbər verir ki, Aşağı Ləki kəndi ərazisində 38 yaşlı Ə.Qədirov velosiped sürərkən yıxılıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Ə.Qədirov epilepsiyadan əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info