Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin iclasda uşaqların hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin məzmunundan danışıb.
Gununsesi.info bildirir ki, o vurğulayıb ki, uşaqların tərbiyəsi uzunmüddətli prosesdir və bu sahəyə təsir edən amillər, xüsusilə sosial şəbəkələr, müxtəlif saytlar, gündən-günə artmaqdadır .
“Buna görə də hazırlanmış qanun layihəsi uşaqların hüquqlarının qorunmasına xidmət etməlidir.
Lakin qanun mətnində bəzi anlayışlara aydınlıq gətirilməsi vacibdir. “Körpə”, “uşaq”, “yeniyetmə”, “yetkinlik yaşına çatmayan” kimi anlayışların hüquqi mənası dəqiq göstərilməlidir. Hər bir anlayışın yaş həddi açıq şəkildə müəyyən olunarsa, hüququn tətbiqi də daha aydın və səmərəli olar.
Anlayışların qeyri-müəyyən qalması gələcəkdə hüququn tətbiqində çətinlik yarada bilər. Maarifləndirmə və icra prosesində vahid yanaşma üçün terminlərin dəqiqliyi əsas şərtdir”.
Qeyd edək ki, Milli Məclis “Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanunun layihəsini ilk oxunuşda qəbul edib.
Firuzə












