Bir çox hallarda hansısa problemlər zamanı məlum olur ki, evlər müqaviləsiz də icarəyə verilir.
Bu hal isə sonradan böyük problemlərə yol açır.
Bəs maraqlıdır, ev sahibi kirayəçini müqavilə olmadan çıxara bilərmi?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirir ki, yazılı müqavilə olmasa belə, faktiki kirayə münasibəti sübut edilərsə, məhkəmə müdaxiləsi tələb olunur. Ümumiyyətlə, şəxsi və ya şəxslər ev sahibi özbaşına çıxararsa, bu, əlbəttə, qanunsuz hal sayılır.
Orxan
Gununsesi.info










