Aparıcı Tolik və müğənni Səidə həbs edilə bilərmi? - Hüquqi rəy

  • Müəllif: Firuzə
  • 26 Fevral 2026 19:05

Son günlər aparıcı Tolik və müğənni Səidə arasındakı qalmaqal böyüməkdədir.

Əksər insanlar isə onların həbs olunmağını istəyir.

Maraqlıdır, hüquq bu barədə nə deyir?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Əkrəm Həsənov danışıb.

O bildirib ki, əgər ortada təhqir, böhtan varsa, hər biri bir-birinə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir:

“Azərbaycanda təhqir və böhtana görə cinayət işini hüquq-mühafizə orqanları açmır. Məhkəmə iddiaları əsaslı sayarsa, altı aya qədər həbs cəzası da ola bilər”,- deyə o, həmçinin qeyd edib.

Orxan
Gununsesi.info