Zelenski İrana qarşı hərbi əməliyyatın başlamasını istəyir

Ukrayna prezidenti Volodimir Zelenski İrana qarşı hərbi əməliyyatı dəstəkləyib. 

Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə müsahibəsində deyib.

“Düşünürəm ki, İranda insanlar çoxlu zərər verən mövcud rejimi dəyişdirmək üçün kömək axtarırlar. Mən rejimə qarşı əməliyyatı dəstəkləyərdim”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski danışıqların daha məqsədəuyğun olduğunu qeyd edib. O bildirib ki, lakin mövcud rejimin bu fikri səmimi şəkildə bölüşdüyünə əmin deyil.

Gununsesi.info