Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.
Qeyd olunub ki, qəbulun yeni vaxtı barədə əlavə məlumat veriləcək.
Lakin qəbulun və sıra baxışının təxirə salınmasının səbəbi açıqlanmayıb.







