Rus aktyor vətəndaşlıqdan məhrum olundu

  • Müəllif: admin
  • 14 Mart 2017 21:46

m

 

Rusiyalı aktyor və şoumen Nikita Ciqurda qondarma Donetsk Xalq Respublikasının (DNR) vətəndaşlığından məhrum olunub.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın rəhbəri Aleksandr Zaxarçenko bildirib.

“Bu gün mən Nikita Ciqurdanın vətəndaşlıqdan məhrum edilməsi haqda fərman imzalamışam”, – deyə A. Zaxarçenko söyləyib.

Onun sözlərinə görə, rus aktyora DNR-in pasportu səhvən verilib: “Ciqurda Donetskin vətəndaşı deyil”.

Gununsesi.info