Livan parlamentində “Hizbullah” blokunun rəhbəri Məhəmməd Raad İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Beyruta endirdiyi zərbə nəticəsində həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail qırıcıları Livan paytaxtının cənub ətraflarında şiə hərəkatı “Hizbullah”a məxsus obyektləri hədəfə alıb. Təyyarələr yerüstü hədəflərə azı on zərbə endirib.
Raadın ölümü Livan Prezidenti Jozef Aunun İsrailə raket buraxılmasının “Livanı regional münaqişədən qorumağa yönəlmiş səylərə zərbə vurduğunu” təsdiqləməsi fonunda qeydə alınıb.
Bundan əvvəl “Hizbullah” İranın ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrailə hücumların məsuliyyətini öz üzərinə götürdüyünü bəyan etmişdi.











