Qaani haqqında yeni xəbər var

  • Müəllif: Orxan
  • 18 Mart 2026 13:02

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani hazırda İranın ABŞ-İsrail kolisiyasına qarşı apardığı müharibəni idarə edən əsas generallardan biridir.

Gununsesi.info xəbər verir ki, bu barədə SEPAH-a yaxın mənbələrin məlumatında bildirilib.

Məlumata görə, İranın regiondakı proksi qruplarını general İsmayıl Qaani koordinasiya edir. Livandakı  “Hizbullah”, İraqdakı “Haşd-i Şabi” qrupları və Yəməndəki Husilər onun kurasiyasındadır.

SEPAH-a yaxın mənbələr yazır ki, ABŞ-İsrail kolisiyası İsmayıl Qaaninin yerini tapa bilmədiyinə görə, ona qarşı media üzərindən savaş aparırlar. Yəni əslində Qaani nə həbs edilib, nə də edam olunub.

Qeyd edək ki, ABŞ-İsrail kolisiyasının İrana hücumları başlayandan sonra xarici KİV-lər general İsmayıl Qaani haqqında müxtəlif xəbərlər yayıb. Gah onun öldürüldüyü bildirilib, gah da İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə həbs olunduğu yazılıb.

Gununsesi.info