Xocavənd və Xanabada növbəti köç karvanları yola salındı

  • Müəllif: Firuzə
  • 19 Mart 2026 09:30

Bu gün Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Gununsesi.info  xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 46 ailə -177 nəfər, Xanabad kəndinə isə 19 ailə – 89 nəfər köçürülüb.