Bakının bu ərazilərində işıqlar kəsiləcək

  • Müəllif: Orxan
  • 19 Mart 2026 14:51

Suraxanı rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.

Bu barədəGununsesi.info-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, martın 19-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Gununsesi.info