52 yaşlı kişinin meyiti tövlədə tapıldı

  • Müəllif: Firuzə
  • 22 Mart 2026 22:42

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, 52 yaşlı Muğanlı kəndi sakini Rafiq Babayevin cəsədi tövlədə aşakar edilib.

Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info