Casusluq şübhəsi ilə 30 nəfər saxlanıldı

  • Müəllif: Orxan
  • 24 Mart 2026 12:44

İranda 30 nəfər xarici ölkələrə məxfi məlumat ötürməkdə şübhəli bilinərək saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərin İsrail və ABŞ-a gizli məlumatlar ötürdüyü iddia olunur. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onların yaşadıqları ünvanlarda axtarış aparılıb.

Axtarışlar nəticəsində müxtəlif rabitə vasitələri, o cümlədən “Starlink” peyk internet cihazları, həmçinin odlu və soyuq silahlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info