Ərdoğan: Türkiyə regiondakı mövcud münaqişədən kənarda qalmağa qərarlıdır

  • Müəllif: Firuzə
  • 24 Mart 2026 21:24

Türkiyə regiondakı mövcud münaqişədən kənarda qalmağa qərarlıdır.

Gununsesi.info xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan bildirib ki, ABŞ-İsrail-İran müharibəsindən dünyada 8 milyard insan əziyyət çəkir.

O həmçinin qeyd edib ki, terrorsuz Türkiyəni sarsıtmaq cəhdləri lazımi cavabı alacaq.

“Qarşılaşdığımız maneələrə baxmayaraq, 17 aydır böyük ehtiyatla apardığımız prosesi hədəfinə çatdıracağıq”.

Gununsesi.info