ABŞ və İsrail Abbas Əraqçini hədəf siyahısından çıxarıb

  • Müəllif: Firuzə
  • 26 Mart 2026 10:18

ABŞ və İsrail İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafı müvəqqəti olaraq hədəf siyahısından çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, bu addım İran nümayəndələri ilə mümkün danışıqların aparılması məqsədilə atılıb.

Bildirilib ki, sözügedən şəxslərin hədəf siyahısından çıxarılması 4–5 gün müddətinə nəzərdə tutulub.

Gununsesi.info