Gəncənin deputatından icra başçısına doğum günü təbriki

  • Müəllif: Firuzə
  • 26 Mart 2026 11:24

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Nizami Bayramovun 70 yaşı tamam olur.

Gununsesi.info  xəbər verir ki, Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyev də icra başçısını təbrik edib.

Belə ki, o, sosial şəbəkə hesabında Nizami Bayramov haqqında bu sözləri yazıb:

“Hörmətli Niyazi Bayramovu — 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı kimi göstərdiyi fədakar xidmət, şəhərimizin inkişafına verdiyi töhfə və şəhər sakinlərinə olan dərin bağlılığı hər zaman hörmət və minnətdarlıqla qarşılanacaqdır. 70 il — böyük bir ömür yolunun zirvəsidir. Ona möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Yubileyiniz mübarək olsun!

Gununsesi.info