Evi yandı, insult keçirdiyi üçün xilas ola bilmədi

  • Müəllif: Firuzə
  • 27 Mart 2026 12:54

Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ə.Seyfi küçəsi ev 4 “A” ünvanında qeydə alınıb.

Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Məlumata görə, həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş.

Gununsesi.info