Xəbər verdiyimiz kimi, Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov əməliyyat olunub.
Gununsesi.info-nun məlumatına görə, o, əməliyyatdan sonra ilk fotosunu izləyiciləri ilə bölüşüb. Onun qolunun sarğıda olması diqqət çəkib.
Dadaşov paylaşımına “Evə qayıtdım. Evim, doğma evim” şərhini yazıb.












