“İraqın müsəlman xalqı bu ədalətsiz müharibədə cəsarətlə İranın yanında dayandı”.
Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian öz sosial şəbəkə hesabında yazıb.
O əlavə edib: “Bu mövqe coğrafiya ilə deyil, ortaq tarix, kimlik və dini dəyərlərlə formalaşıb.
İraq xalqının, onların rəsmilərinin və Mesopotamiya torpağındakı döyüşçülərin əllərini səmimi qəlbdən sıxıram. Sizin mətanətinizi və həmrəyliyinizi yüksək qiymətləndiririk”.











