Bəzən problemli boşanmalar zamanı belə hal olur ki, ana hansısa səbəbdən uşağı atasına göstərmir.
Belə olduqda isə, ata alimenti ödəməyəcəyini bildirir.
Bəs bu hal qanunidirmi?
Hüquqşünas Rəşad Səfərov bu barədəGununsesi.info-ya danışıb.
O bildirir ki, heç bir hal alimentin ödənilməməsinə əsas ola bilməz:
“Ananın uşağı atası ilə görüşdürməməsi başqa hüquqi əsas yaradır. Belə olarsa, əvvəlcə, uşaqla ünsiyyət tələbi ilə bağlı mediasiyaya müraciət etməlisiniz. Uşaqla ünsiyyət qaydalarına dair razılıq əldə edilməzsə, məhkəməyə müraciət edə bilərsiniz. Bir sözlə, aliment bütün hallarda ödənilməlidir”,- deyə o qeyd edib.
Orxan









