Xəzər dənizində zəlzələ olub -YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 07 Aprel 2026 09:40

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Bu barədə Gununsesi.info -ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, zəlzələnin maqnitudası 3, dərinliyi 72 km olub.

Qeyd edək ki, bu gün 05:55-də də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

 

Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə zəlzələ yerli vaxtla saat 05:55-də baş verib.

Bildirilir ki, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Gununsesi.info