ABŞ Prezidenti Donald Tramp NATO- dan çıxa bilməyəcək, lakin Avropa ölkələrindən qoşunları geri çəkmək qərarına gələ bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu fikri İtaliyanın müdafiə naziri Guido Crosetto “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.
“Düşünmürəm və o bunu edə bilməz. Onun Konqresdə səsverməyə ehtiyacı olacaq və şübhə edirəm ki, onlar lehinə olacaqlar. Bunun əvəzinə, o, qoşunları Avropadan çıxarmaq qərarına gələ bilər. Və bu, bizi zəiflədəcək, daha az təhlükəsiz edəcək. Hazırda onları əvəz etmək üçün birgə cavab vermək iqtidarında deyilik”, – deyə o, ABŞ-nin blokdan çıxması ilə bağlı suala cavab verərkən bildirib.
Amerika prezidentinin İranla müharibə məsələsində dayandırılıb-dayandırılmayacağı barədə danışarkən, o, Trampın suveren dövlətin lideri olduğunu və “kənardan heç kimin ona təsir edə bilməyəcəyini” bildirib.
Orxan












