
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra tanınmışların adları var.
Gununsesi.info-nun məlumatına görə, əfv olunanlardan – Rüfət və Rövşən Zahidovlar hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarıdır.
Digər əfv olunanlar arasında AXCP üzvü Elvin Abdullayev , “NİDA”çı Əbdül Əbilov və tanınmış bloger Emin Milinin qaynı Nazim Ağabəyovun adıda var.
Eyni zamanda İsmayıllı hadisələrində həbs olunan bir neçə tanınmış məhbusun adıda var.
Gununsesi.info











