Kılıçdaroğluna həbs cəzası verildi

  • Müəllif: Firuzə
  • 14 Aprel 2026 14:24

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədrinə həbs cəzası kəsilib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mersin 3-cü Asliye Cinayət Məhkəməsində keçirilən iş üzrə qərar çıxarılıb.

CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu “Prezidentə təhqir” ittihamı ilə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Kemal Kılıçdaroğlu ittihamları qəbul etmədiyini və bu qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Gununsesi.info