Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı

  • Müəllif: Firuzə
  • 16 Aprel 2026 19:59

Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində baş verib.

Belə ki, içərisində 20-yə yaxın şagirdin olduğu “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.

Məlumata görə, mikroavtobusda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri dönürmüş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info