Sabah bu ərazilərdə qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 16 Aprel 2026 22:03

Zaqatala xidmət sahəsində aprelin 17-də saat 11:00-dan etibarən Muxax və Zəyəm kəndlərində ümumilikdə 1 685 abonentin qaz təchizatı dayandırılacaq.

Gununsesi.info   xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatının dayandırılması Zaqatala rayonu Muxax kəndində Xədicə Məmməd qızı Ömərovaya məxsus fərdi yaşayış evinin qarşısından keçən diametri 40 mm olan qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Gununsesi.info