“ABŞ danışıqlara daha güclü mövqe ilə qayıtmalıdır” -ŞƏRH

“ABŞ yenidən danışıqlara başlamağa məhkumdur, lakin tərəflərin statusu dəyişmirsə, danışıqları davam etdirmək Tramp üçün çox qiymətli olan vaxtı itirməkdən başqa bir şey deyil”.

Gununsesi.info bildirir ki, bunu politoloq Asif Şəfəqqətov deyib.

“Növbəti danışıqlarda ABŞ daha güclü mövqe ilə masa arxasına oturmalıdır.

Bunun üçün isı ABŞ İran üçün indiki şəraitdə komfortlu olan status-kvonu təmin edən şəraiti öz xeyrinə (və ya ən azı İranın ziyanına) dəyişməli idi.

Buna görə Tramp danışıqlar nəticəsiz bitən kimi gecikmədən İranın dəniz blokadasını elan etdi və 13 aprel saat 18:00-da (Bakı vaxtı ilə) blokada tətbiq edildi. Dəniz blokadası status-kvonu dəyişir:

İran boğazdan keçən gəmilərdən rüsum ala bilmir, çünki belə gəmiləri ABŞ okeana buraxmır;

İran neftini sata bilmir;

İrandan çıxan və İrana gedən bütün (o cümlədən ərzaq və digər kommersiya yüklərini daşıyan) gəmilər geri qaytarılır.

Bu yolla ABŞ vaxtın İranın da ziyanına işləməsinə nail olurdu, çünki ölkə valyuta qazana bilmirdi, üstəlik ərzaq və məişət mallarının qıtlığı yarana bilərdi. Yəni ABŞ İranın da tezliklə danışıqların yeni raunduna başlamasında maraqlı olmasına çalışır, həm də ümid edirdi ki, blokadaya görə İran növbəti danışıqlarda daha yumşaq mövqe tutacaq”.

 

 

Günay

Gununsesi.info