İşlədiyi evin ikinci mərtəbəsindən yıxılıb öldü

  • Müəllif: Orxan
  • 25 Aprel 2026 12:30

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.infoxəbər verir ki, aprelin 23-ü saat 13 radələrində Kürdəxanı qəsəbəsində paytaxt sakini 1962-ci il təvəllüdlü Kazım Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılıb. O aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info