Sosial problemlərə niyə yalnız qısa müddət diqqət yetirilir?

Cəmiyyətdə sosial problemlərə münasibətdə dəyişkən yanaşma getdikcə daha aydın hiss olunur. Müəyyən mövzular qısa müddət ərzində geniş diqqət cəlb edir, ictimai müzakirələrin əsas istiqamətinə çevrilir.

Bu mərhələdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən şəxslər eyni mövzu ətrafında cəmləşir. Lakin zaman keçdikcə maraq azalır, mövzu gündəmdən çıxır. Nəticədə isə yarımçıq qalan problemlər daha ağır formada yenidən üzə çıxır.

Müşahidələr göstərir ki, bu cür yanaşma problemlərin köklü həllinə imkan vermir. Əksinə, məsələni dərinləşdirir və yeni çətinliklər yaradır.

Mövzulara yalnız qısa müddətli diqqət ayrılması davamlı nəticə vermir. Halbuki hər bir sahə üzrə ardıcıl və planlı fəaliyyət daha səmərəli hesab olunur.

Mütəxəssislər hesab edir ki, sosial problemlərin həlli üçün sabit yanaşma və uzunmüddətli fəaliyyət əsas şərtlərdən biridir.

Diqqətin tez dəyişməsi isə problemlərin yığılmasına və zamanla daha ciddi xarakter almasına səbəb olur.

Bu baxımdan, cəmiyyətin inkişafı üçün hər bir istiqamətdə davamlı və məsuliyyətli fəaliyyətin təmin olunması vacib sayılır.

 

 

İlhamə Məmmədova

Gununsesi.info